Nail daha bir məşhur xanımımıza klip çəkir AÇIQLAMA-FOTOLAR

Nail daha bir məşhur xanımımıza klip çəkir AÇIQLAMA-FOTOLAR

Rejissor Nail Naiboğlu daha bir məşhur xanımla iş birliyinə imza atıb. SİA-ya bu haqda Nailin özü məlumat verib: "Hər kəsin istirahət etdiyi vaxtda mən isə işləyirəm. Belə ki, yaxın dostum, əməkdar artist Lalə Məmmədovaya klip çəkirəm. Çəkilişlər Bakıda yox, Astarada baş tutur. Ekran işi açıq havada lentə alınır. Havanın isti olmasına rəğmən qızğın iş prosesi gedir. Klip tezliklə tamaşaçıların ixtiyarına veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə