Əməkdar artist: "Gərək ailə qurduqdan sonra bu sənətdən gedərdim" AÇIQLAMA

Əməkdar artist: "Gərək ailə qurduqdan sonra bu sənətdən gedərdim" AÇIQLAMA

Əməkdar artist Firuzə İbadova gileylənib. SİA-ya açıqlama verən ifaçı efirlərə çıxmaq istəmədiyini bildirib: "Artıq görürəm ki, sənətkarlara hörmət qalmayıb. Yavaş-yavaş mənim kimi sənətçilər unudulur. Belə məsələləri görüb, pis oluram. Ona görə artıq telekanallardan verilişə dəvət alanda qəbul etmirəm. Yalnız el şənliklərində iştirak edib, pulumu qazanıram. Eyni zamanda da toylarda məni sevən insanlarla ünsiyyətdə oluram. İncəsənət ailəmi mənim yerim deyildi. Gərək illər öncə ailə qurduqdan sonra bu sənətdən gedərdim. Evdar xanım olub, uşağıma baxardım".

Bütün xəbərlər Facebook səhifəmizdə