Aqil M.Quliyev dünyasını dəyişən qardaşından halallıq istədi FOTO
Rejissor Aqil M.Quliyev ötən ay dünyasını dəyişən qardaşı İlham haqqında söz açıb. SİA-nın məlumatına görə, o "İnstagram" səhifəsində qardaşı barədə bunları yazıb: "Həyat davam edir. "Kəklikotu" filminin son çəkimləridir. Daxildə bir boşluq yaranıb, onu yəqin ki, yalnız uğurlu işlərlə doldurmaq olar. İlham mənim bütün işlərimi əzbər bilirdi, mənimlə fəxr edirdi. "İlyusha, mən çəkilişdəyəm, brat". Bu sözləri sənə çox dedim. Bəlkə də son illəri çox ünsiyyətdə ola bilmədik. Əminəm ki, çox ünsiyyətdə ola bilmədiyimiz üçün mənə haqqını halal etdin. İlyusha, yenə çəkilişdəyəm".
Qeyd edək ki, İ.Quliyev uzun sürən xəstəlikdən sonra iyulun 20-də, 43 yaşında vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB