Murad Arifdən daha bir yeni xəbər

Aparıcı-müğənni Murad Arif yeni layihə ilə tamaşaçılarını sevindirəcək. SİA-nın məlumatına görə, bu barədə Muradın özü məlumat verib: "Bu il, düz 10 ildir ki, Lider həyatımdadır.10 il böyük rəqəmdir. Müasir dövr üçün, 10 il xüsusiylə miqyaslı görünür. Təsəvvür edin ki, Lider həyatıma gələndə hələ ABŞ prezidenti ağdərili Corc Buş idi. Dünyada hələ Facebook, Youtube xəstəliyi yox idi. İnstaqram ümumiyyətlə, icad olunmamışdı. Mən Liderə gələndə DiKaprio hələ Oskar qazanmamışdı.

10 il öncə Michael, Whitney, George sağ idi. 2007-ci ildə Murad Arif nəinki oxumaq, heç mahnı da yazmırdı. Yəni bu qədər böyük bir müddət və bu dərəcədə çoxdan Liderdəyəm. Bu 10 ildə mən "böyük adam" olmadım, amma çox böyüdüm. Güvənlə böyüdüm. O güvən Lider idi. Bu 10 il üçün səmimiyyətimlə təşəkkür edib, yola davam edirik. Yeni layihə, inşallah payızda Liderdə".

Qeyd edək ki, Murad Arif daha əvvəl "Lider TV"də "Solo" verilişini aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə