"Jara 2018" hazır olun

"Jara 2017"in davamı olacaq. SİA-nın məlumatına görə, festivalın rəsmi səhifəsində artıq gələn ilə hazırlaşdıqlarını bəyan ediblər: "Darıxmağa vaxt tapdınız? İrəlidə "Jara 2018" var, dostlar. Hazırlaşmağa başlayırıq".

Qeyd edək ki, festivalın təşkilatşıları Rusiyanın əməkdar artisti Qriqori Leps, "Qızıl Qrammofon" mükafatının banisi Sergey Kojeknikov və məşhur müğənni Emin Ağalarovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə