Azərbaycanlı aparıcı: "Sən Allahın mənə bəxş etdiyi ən dəyərli mükafatsan" FOTOLAR

Azərbaycanlı aparıcı: "Sən Allahın mənə bəxş etdiyi ən dəyərli mükafatsan" FOTOLAR

Aparacı Lətafət Ələkbərova üçün bu gün özəl gündür. SİA-nın məlumatına görə, aparıcının qızı Rənanın doğum günüdür. O, bu münasibətlə qızını təbrik edib: "Həyatımın mənası, gözəl qızım, doğum günün mübarək! Sən Allahın mənə bəxş etdiyi ən dəyərli mükafatımsan. Allah hər zaman səni qorusun, gözəl balam. Canın sağ, ömrün uzun və gözəl olsun”.

Lətafət daha sonra qızının doğulduğu xəstəxanadakı qol bağının fotosunu paylaşaraq yazıb: "10 il əvvəl Mərkəzi Neftçilər Xəstəxanasında həyatım dəyişdi. Qızım ömrümə gəldi. Bunları saxlayıram. 10 ildir qızımın yatağının yazısı və qol bağı... İnşallah bunları qızımın cehizinə qoyacağam”.

Bütün xəbərlər Facebook səhifəmizdə