Lolita Bakı səhnəsində soyunmağından danışdı FOTOLAR

Lolita Bakı səhnəsində soyunmağından danışdı FOTOLAR

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən “Jara-2017”nin final konsertində rusiyalı müğənni Lolita Milyavskaya geyimi ilə diqqət çəkib. SİA-nın məlumatına görə, 53 yaşlı müğənni səhnədə üzərindəki geyimi çıxarıb. Onun altdan geyindiyi tül paltardan lüt bədəni görünüb.

Bu barədə “Qovorit Moskva” radiosuna açıqlama verən ifaçı deyib:“Mahnının sonuncu bəndində mən paltarı əynimdən çıxararaq yalnız tül geyimdə qaldım. Bununla da bildirmək istədim ki, şou-biznesdə sonuncu kök müğənni olmaq istəyirəm, digərləri isə artıq arıqlayıblar. Bu sadəcə zarafat idi, kim başa düşməyibsə, onun yumorla bağlı problemi var. Ümumiyyətlə, festival çox rəngarəng keçdi. Amma heç kim mahnılardan danışmır. Mənim bu mənasız zarafatımı isə müzakirə etməyə dəyməz”.

Bütün xəbərlər Facebook səhifəmizdə