Əməkdar artist Mehriban Xanlarova üçün özəl gündür. SİA-nın məlumatına görə, aktrisa anasının doğum gününü qeyd edir. O, anasını belə təbrik edib: "Canım anam, bu gün sənin dünyaya gəldiyin gündür: səni ürəkdən təbrik edirəm! Böyük Allahım səni mənə çox görməsin! Dünyanın bütün gözəlliklərinə layiqsən... Çünki bizim üçün bütün əziyyətlərə qatlaşıb bizi böyütmüsən! Sənin sayəndə böyüyüb həyatın yüksək zirvəsinə qalxmışam! Əllərindən öpürəm!
Mən heç vaxt sənin qüsurlu olmağından utanmamışam.Yaşama səbəbim! Mən hər dəfə səni bağrıma basıb öpəndə xoşbəxt oluram. Sənin o nurani üzün güləndə dünyalar mənim olur! Mən səninlə fəxr edirəm! Yaxşı ki, mənim Anamsan! Ad günün mübarək, gözəl Anam... Allah sənə can sağlığı versin! Həyatım boyu sənə borcluyam! Qiymətli varlığım! Valideynlərimizin kölgəsi üstümüzdən əskik olmasın!”.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB