Mustafa Cecelinin Şəmkir toyundan aldığı məbləğin miqdarı hər kəsi heyətləndirdi

Mustafa Cecelinin Şəmkir toyundan aldığı məbləğin miqdarı hər kəsi heyətləndirdi

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Mustafa Ceceli Şəmkirdə toyların birində iştirak edib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Mustafa Azərbaycandakı çıxışından 124 min lirə (təxminən 60 min AZN) qonorar alıb.

Məclisdə Mustafa Ceceli ilə yanaşı, yerli məşhurlardan əməkdar artist Xumar Qədimova, müğənnilər Nuri Sərinləndirici, Nazənin və başqaları qonaq olublar.

Qeyd edək ki, Şəmkirin Şiştəpə kəndində keçirilən toyun sahibi paytaxtın ticarət mərkəzlərindən birinin sahibinin qardaşı oğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə