“Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış müğənnisi Dima Bilan jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, sənətçi Bakını çox sevdiyini bildirib: "Mən Azərbaycana, Bakıya həmişə xüsusi məmnuniyyət hissi ilə gəlirəm. Bu gözəl, əsrarəngiz diyarın sakinləri mənə hər zaman qonaqpərvərlik və səmimiyyət göstərir. Əlbəttə, yaradıcılığımı izləyənlər, ifamı dinləyənlər, məni sevənlər var. Bu da məni olduqca sevindirir. Bu mükəmməl musiqi bayramının bir parçası olmaq məni xoşbəxt edir. Əminəm ki, tamaşaçılar dörd gün şəfəq saçan bu festivalı hələ uzun müddət xatirələrində yaşadacaqlar. Çox istərdim ki, “Jara” ənənəvi xarakter alsın”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB