Mədəniyyət və turizm naziri Şəki şəhərində vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən 2017-ci ilin avqust ayının 1-də saat 11ºº-da Şəki şəhərində S.Rəhman adına Şəki Dövlət Dram Teatrında (M.Ə.Rəsulzadə prospekti, 174 ) Şəki şəhəri, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək. SİA-nın məlumatına görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB