Azərbaycanlı teleaparıcı Aysel Nazim Türkiyədə klipə çəkilib. SİA-ya açıqlama verən Aysel Nazim təklifin Türkiyədən gəldiyini bildirib:"Mütəmadi olaraq İstanbula gedib gəlirəm. Orada kifayət qədər yaxşı əlaqələrim var. Oradakı prodüser şirkətindən klip təklifi gəldi ki, Şahan Dinçin klipində rol alım. İlk növbədə mahnını dinləməyi tələb etdim. Bir də rejissorun kimliyi ilə maraqlandım. Mahnını çox bəyəndim. Əsl ritmik yay mahnısıdır. Klipin rejissoru isə Erkan Nasdır. O, Türkiyədə Seda Sayan, Zerin Özer, Ümit Besen, Tuğba Ozay kimi sənətçilərə klip çəkib. Bir sözlə razılıq verdim".
Aysel Nazim açıqlamasında bu işdə qonorarsız çəkilmədiyini də bildirib:"Əlbəttə qonorar almışam. Əvvəl çəkildiyim klipdə də qonorarımı alıb çəkilmişdim. Türk modellərə ödənilən qədər, qonorar qarşılığında razılaşıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB