Rəqqasə Fatimə 2011-ci ildə mətbuatı təəccübləndirəcək

Rəqqasə Fatimə 2011-ci ildə mətbuatı təəccübləndirəcək
Məşhur rəqqasə Göyçək Fatimə 15 nəfərdən ibarət rəqs kolektivi yaradıb. O, bundan sonra həm də rəqs kollektivi ilə çıxış edəcək. SİA-nın məlumatına görə, Fatimə müəllimi İlhаm Kərimli ilə birlikdə kollektivə rəhbərlik edir: "Bütün günü məşqlər edirik. İndiyədək Azərbaycanda belə rəqs kollektivi olmayıb. Hazırda birlikdə hind rəqslərindən ibarət nömrələr hazırlayırıq".

Rəqqasə rəqslərə artıq özünün də quruluş verdiyini açıqlayıb: "Görün müəllimim məni necə öyrədib ki, artıq özüm də rəqsə quruluş verməyə başlamışam"

Fatimə xarici ölkələrlə bağlı yeni layihələr hazırladığını da dilə gətirib: "Elə bir ölkədən təklif almışam ki, ağlınıza da gəlməz. Lakin hələlik heç nə demək istəmirəm. Türkiyə layihəmdə səbirli oldum, dəqiqləşdirdikdən sonra xəbər verdim. Bu dəfə də belə etmək istəyirəm".

Rəqqasə Fatimə daha bir qeyri-dəqiq məlumatı diqqətə çatdırıb: "Bir də onu deyə bilərəm ki, 2011-ci ildə mətbuatı təəccübləndirəcəyəm"

Bütün xəbərlər Facebook səhifəmizdə