Brilliant himn oxutdurdu, NEXT oriental oynatdı - FOTO

Dünən Norveç səfirliyi və "The Doctors" assosiasiyasının birgə təşkil etdiyi "Hollywood smile in Baku -2010" layihəsinin növbəti konserti keçirilib.

SİA-nın məlumatına görə, Azərbaycanda ilk dəfə təşkil olunan marafonun siması seçilən NEXT qrupu bu dəfə uşaqlar üçün konsert keçirib. Tədbiri xeyriyyəçi Hacı Nuran açaraq uşaqlara qarşı göstərilən diqqətə görə təşəkkürünü bildirərək, nitq söyləyib.

Xatırladaq ki, layihə çərçivəsində beş sənətçinin mükafatlanacağı söylənilsə də, məlum olduğu kimi, sentyabrın 9-da gəmidə təşkil olunan konsert proqramında dörd müğənni - xalq artisti Flora Kərimova, əməkdar artist Tünzalə Ağayeva, müğənnilər Rəhim Rəhimli və Samir Bağırov diplomla təltif edilmişdi.

Bildirək ki, Türkiyədə olduğu üçün ötən konsertdə iştirak edə bilməyən xalq artisti Brilliant Dadaşova isə bu konsert proqramında mükafatlandırılıb. NEXT qrupu ilə birgə konsertində "ən gözəl təbəssüm"ə görə mükafatlandırılan müğənni kövrəlib. Gülüşünü uşaqlara bəxş etməkdə çətinlik çəkən sənətçi ifasından öncə körpələrlə birgə himn oxuyub. Daha sonra B.Dadaşova rəngarəng musiqiləri ilə uşaqları əyləndirib.

Şən gün keçirən balacaların əyləncəsinə NEXT qrupunun oriental şousu da öz təsirini göstərib. Belə ki, qrupun "Okean" mahnısı zamanı uşaqlar NEXT qrupu birgə görülməmiş şou nümayiş etdiriblər.

Qeyd edək ki, layihənin siması olan NEXT tədbirin sonunda norveçlilər tərəfindən fəxri fərmanla mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...