Sevda: "Heç kəsin çörəyini yemirəm, yedizdirirəm"

Sevda: "Heç kəsin çörəyini yemirəm, yedizdirirəm"

Müğənni Sevda Sanaliyeva ünvanlı mesaj göndərib. SİA-nın məlumatına görə, ifaçı hətta bəzilərini tənqid də edib: "Mən oğlaq bürcüyəm. Kinli deyiləm, amma inadçıyam. Heç kimin mənlə işi olmasın. Çünki mənim heç kəslə işim yoxdur. Məni qıcıqlandırmaq istədiklərində belə onların inadına məni görmək istəmədikləri yerə addımlayıram. Heç kəsin çörəyini yemirəm, yedizdirirəm. Bunu inkar edənlərə isə deyirəm ki, mən var idim və varam. Allahın izniylə olacam da! Bu günümə heç kimin köməkliyi ilə gəlməmişəm. Zərbə ala, büdrəyə-büdrəyə, pisi yaxşıdan ayırmağı öyrənə-öyrənə gəlmişəm. Heç kimin çörəyini yemirəm. Allahın verdiyi ruzini heç kim ala bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə