Erməni musiqiçiyə tərif yazan Brilliant özünü belə müdafiə etdi FOTO-VİDEO

Erməni musiqiçiyə tərif yazan Brilliant özünü belə müdafiə etdi FOTO-VİDEO

Xalq artisti Brilliant Dadaşovanın erməni qarmonçalan Varujan Şahbazyanla "İnstagram"da isti münasibəti hər kəsi təəccübləndirib. SİA-nın məlumatına görə, B.Dadaşova zənglərə cavab verməsə də, sosial şəbəkədə məsələyə münasibət bildirib.

Belə ki, müğənni rəqs edən videosunu paylaşaraq özünü müdafiə etməyə çalışıb. O, yazılanları danaraq, bunu özünə qarşı “qara piar” adlandırıb: “Əziz dostlarım, mənə “qara piar” edən "yalançı vətənpərvərləri" qınamayın. Döyüşlərin ən çətin və qızğın vaxtında səngərlərdə, döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarımdan yazmayacaqlar ki... Çünki göndərsən bunlar heç biri o döyüş meydanlarına yaxın getməzlər. Sizə gözəl əhval-ruhiyyə arzulayıram”.

Qeyd edək ki, B.Dadaşova Varujan Şahbazyanının "İnstagram"dakı paylaşımlarının altına "ürək", "əla" işarələri düzməsi ilə gündəmə gəlib. Daha sonra isə B.Dadaşova Varujanın paylaşımlarına yazdığı şərhlərini silib. Eyni zamanda "İnstagram"dakı “brilliant_dadashova” adını dəyişərək “brilliant_dadashova_official” edib. Sənətçi həmin şərhləri istifadə etdiyi profildən yazmadığını göstərməyə çalışıb.

Qeyd edək ki, bir məqam da diqqətimizdən qaçmayıb ki, ötən günkü qınaqlardan və mediadakı yazılardan sonra Varujan da "İnstagram" profilini silib. Şahbazyanın B.Dadşovanın istəyi ilə belə bir addım atdığı ehtimal edilir. Varujan B.Dadaşovanı izləyənləri siyahısından da çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə