Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibinin iyul ayının 17-si toyudur. SİA-nın məlumatına görə, reper Səid Əliyevlə (Dado) ailə qurmağa hazırlaşan sənətçinin toyu şəhər restoranlarından birində baş tutacaq.
Natavan sənət dostlarına toy dəvətnaməsini paylayıb. Dəvətnamədə qonaqlar üçün “dress-code” qeyd olunub. Belə ki, xanımlar yaşıl, qırmızı, ağ paltar, kişilər isə qara və ağ kostyum geyinməlidir.
Qeyd edək ki, Natavan bir müddət əvvəl açıqlamasında bildirmişdi ki, qonaqlara özləri ilə telefon gətirməmələrini tapşırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB