"İçerde" serialında sevgililəri canlandıran Çağatay Ulusoy və Bensu Soralın dostluğu bitib.
SİA-nın türk mətbuatına istinadən məlumatına görə, serialın finalından sonra sevgilisi Hakan Başla Los-Ancelesə tətilə gedən Bensu Çağatayı "İnstagram"dakı izləmədən çıxarıb.
Belə ki, Çağatay da bunun qarşılığında aktrisanı "İnstagram" hesabından silib.
Qeyd edək ki, iddialara görə ikilinin serial çəkilişləri zamanı münasibətləri qaydasında olmadığı üçün ssenaristlər "Melek"i öldürərək B.Soralı layihədən daha erkən uzaqlaşdırmışdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə