Müğənni Narana "Şok" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. SİA-nın məlumatına görə, mahnının sözləri Kamala, mix-master işi Fərid Ağaya məxsusdur. Yayın ab-havalı klipi Fərid Ağa ekranlaşdırıb. Süjet xətti olmayan klipdə Narana şıltaq qız obrazındadır.
Müğənni hesab edir ki, mahnı və klip dinləyicilərinin, xüsusilə gənclərin ürəyincə olacaq.
Qeyd edək ki, Narananın yay planları bununla bitmir. Klipin ardınca müğənni fotosessiyasını təqdim edəcək. Hazırda lirik mahnı üzərində çalışan Narana, bu mahnının partlayış olacağını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə