"İstanbullu gəlin"nin efirdə olacağı vaxt bəlli oldu VİDEO

"İstanbullu gəlin"nin efirdə olacağı vaxt bəlli oldu VİDEO

Ötən mövsümün ən iddialı seriallarından olan "İstanbullu gəlin" ikinci mövsüm üçün efir icazəsi alıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Özcan Dəniz və Aslı Enverin baş rollarda iştirak etdiyi ekran işi yenə də Star TV-də, cümə günləri yayımlanacaq.

Aktyor heyətinin tətilindən sonra çəkilişlərin başlayacağı, yeni mövsümün ilk seriyasının isə sentyabrın 15-i və ya 22-i efirdə olacağı söylənilib.

Prodüser şirkətindən yayılan xəbərlərə görə ekran işində daha bir neçə yeni aktyor və aktrisa yer alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə