Manaf Ağayevin sənət dostları AÇIQLAMA

Manaf Ağayevin sənət dostları AÇIQLAMA

Müğənni Manaf Ağayev şou-biznesdəki dostlarından söz açıb. SİA-ya açıqlama verən ifaçı dostluq etdiyi məşhur simaların adlarını da açıqlayıb: "İlk olaraq onu deyim ki, şou-biznesdə heç kimlə küsülü deyiləm. Hətta xalq artistləri Ağadadaş Ağayev, Nazpəri Dostəliyeva, əməkdar artistlər Nüşabə İsgəndərli, Baloğlan Əşrəfov, Yusif Mustafayev, Elnarə Abdullayeva, müğənnilər Nadir Qafarzadə, Vasif Məhərrəmli, Samir Piriyevlə bir-birimizin evinə gedib-gəlirik. İncəsənət ailəmində bu insanlar mənə çox yaxındır. Samir Priyev hər yerdə deyib ki, Manaf Ağayev mənim atamdır. Mən dostluğu, kişiliyi ondan öyrənmişəm. Bu deməkdir ki, incəsənət ailəmində dostlarımın yanında hörmətim var".

Bütün xəbərlər Facebook səhifəmizdə