Müğənni Vasif Əzimov yenilik edəcək. SİA-ya bu haqda sənətçinin özü açıqlama verib: "Bildiyiniz kimi serialların birində rol almışdım. Həmin ekran işinin çəkilişləri hələ ki, dayandırılıb. Serial çəkilişləri sentyabr ayından başlayacaq. Mən də zamanımın çoxluğundan istifadə edərək yeni mahnılar üzərində çalışıram. Eyni zamanda sənət yoldaşlarıma da yeni bəstələr yazmışam. Həmin bəstələri tezliklə dinləyicilər eşidəcək. Ümid edirəm ki, yeni hazırladığım mahnılar dinləyicilərin zövqüncə olacaq. Bəstələr hər kəs tərəfindən sevilib, dinləniləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB