Ötən gün ailə quran aktyor Burak Özçivitlə aktrisa Fahriye Evcenin toyu yeni bir mübahisənin əsasını qoyub.
SİA-nın türk mediasına istinadən məlumatına görə, Fahriyenin geyindiyi gəlinliyin aktrisa Neslihan Atagülün gəlinliyinə bənzəməsi diqqət çəkib. Sosial şəbəkə izləyiciləri hər iki aktrisanın toy libasının az qala, eyni olduğunu iddia edib.
Bundan başqa toy məkanları, Burakla Fahriyenin rəqsi, bəylərin kostyum detallarının bənzərliyi nəzərdən yayınmayıb.
Qeyd edək ki, Neslihan Atagül aktyor Kadir Doğulu ilə ailəlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB