“Survivor 2017”nin qalibi o oldu

“Survivor 2017”nin qalibi bəlli olub. SİA-nın Türkiyə mediasına istinadən məlumatına görə, final gecəsində Adem Kılıççı ilə Ogeday Girişken mübarizə aparıb.

“Survivor 2017”nin qalibi Ogeday Girişken olub. Girişken çıxışı zamanı qazandığı pul mükafatını nəyə xərcləyəcəyini deyib: “Mən bura gəlməzdən əvvəl bir dostuma söz vermişdim. Amma onu dilə gətirmədim ki, səhv başa düşülər. Dostlarım idman klubu qurub. Mən də onlara yaxta almağa söz vermişdim və o yaxtaya Muhammed Canşinin adını qoyacağam. Dostlarıma və qardaşıma verdiyim sözün üstündə durdum”.

Bütün xəbərlər Facebook səhifəmizdə