Könül kimləri hədələdi? FOTO

Aparıcı Könül Muxtarova "İnstagram" səhifəsində kimlərinsə gözünü qorxutmağa çalışıb. SİA-nın məlumatına görə, Könül status yazaraq, bəziləri hədələyib:"Geriyə dönüb baxmağı heç sevmirəm. Sevdiklərimlə bərabər həyatımı sakit yaşamaqdan zövq alıram. Əmin ola bilərsiniz ki, kiminsə şəxsi həyatı mənə maraqlı deyil. Buna heç zamanım da yoxdur. Mən isə həmişə bir çoxlarına maraqlı olmuşam. Əgər sizi mənimlə bağlı nəsə maraqlandırırsa, bunu özümdən soruşun. Yox, əgər buna hünəriniz çatmırsa onda boş başınızı əziyyətə salmayın. Məsləhət görürəm ki, heç əl-ayağa da dolaşmayasınız. Əmin ola bilərsiniz ki, mən sizin haqda danışmağa başlasam... Təsəvvürü belə sizin üçün ağır olar".

Bütün xəbərlər Facebook səhifəmizdə