Tuba Büyüküstünün gizli sevgisi ortaya çıxdı- Silah çəkildi FOTO
Məşhur türk aktrisası Tuba Büyüküstün 6 illik həyat yoldaşı Onur Saylaktan təxminən 2 həftə əvvəl boşanıb.
SİA-nın türk mətbuatına istinadən məlumatına görə, çox keçmədən gözəl aktrisanın adı gənc iş adamı Umut Evirgenle eşq dedi-qodularına qarışıb.
Ötən gün isə Tuba Büyüküstün ilə Umut Evirgen bir məkanda azad müxbir İsmayıl Bayrağın fotoobyektinə tuş gəliblər.
Belə ki, U.Evirgenin cangüdənləri vəziyyəti anlayan kimi fotomüxbirin içində olduğu avtomobili təqib etməyə başlayıblar.
Baltalimanı məhəlləsində fotomüxbirin önünü kəsən mühafizəçilər ona silah çəkiblər və fotoaparatını zəbt ediblər. Cangüdənlər İ.Bayraka "İndi get, bir saat sonra gəl fotoaparatını al” deyərək, oradan uzaqlaşıblar.
Qeyd edək ki, azad fəaliyyət göstərən fotomüxbir, Umut Evirgen və onun mühafizəçilərindən polisə şikayət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB