Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibi reper Səid Əliyevlə (Dado) ailə qurmağa hazırlaşır. SİA-nın məlumatına görə, Natavan verilişlərin birində qonaq olaraq, ilk dəfə xəbəri təsdiqləyib.
Verilişin aparıcısı Zaur Kamal Natavandan efirdə nişanlısına zəng etməyi xahiş edib.
Əvvəlcə canlı yayımda olduğunu anlamayan reperə Natavan cəld xəbərdarlıq edib və telefonu aparıcıya verib. Zaurun “Necə oldu Natavana sevgini bildirdin” sualına reper belə cavab verib: “Əslində o xanıma simpatiyam çoxdan var idi. Amma deməyə utanırdım. Sonra söhbətlərimiz əsnasında özü başa düşdü”.
Səid Natavanla gələn ay nikah masasına oturacağını da söyləyib: "Növbəti ay toyumuzdur. Bəzilərinin çoxdan gözlədiyi toy nəhayət baş tutacaq. Amma dəqiq vaxtını hələ demirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB