Xəbər verdiyimiz kimi, müğənni Natavan Həbibi reper Dado Əliyevlə (Səid) ailə qurmağa hazırlaşır. SİA-nın məlumatına görə, sənətçinin nişanlısının reper Dado olduğu bəlli olduqdan sonra sosial şəbəkələrdə bəziləri cütlüyü qınayıb. Hətta bir-birilərinə yaraşmadıqlarını yazıblar.
N.Həbibi söz-söhbətə son qoymaq üçün cavab verib: “Heç yadıma gəlmir ki, kimisə yığıb deyim, sənin şəxsi həyatınla bağlı mənim də bir fikrim var. Görəsən, insanlar niyə düşünürlər ki, onların dedikləri mənə maraqlıdır? Bilmirsiniz? Günün sualı budur. Xoşuma gəlməyən cavabı blok edəcəm. Bu gün ürəyim belə istəyir”.
Qeyd edək ki, N.Həbibi bir neçə ay əvvəl nişanlanıb. Ötən həftə isə nişanlısı Dado ona evlilik təklifi edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB