Müğənni Zaur Əmiraslanov bu günlərdə Gürcüstandan qayıdıb. Sənətçinin orada klipi ekranlaşdırılıb. Müğənni SIA-ya açıqlamasında klipin "Yağış" adlanan yeni mahnısına çəkildiyini söyləyib: "Bu ideya mənə məxsus idi. Getdim və bəzi xırda problemləri kənara qoysam da uğurlu iş alındı. Klipimdə gürcüstanlı model Teko da çəkilib. Mən onunla İtaliyada təhsil alan vaxtlarda tanış olmuşdum. Klip çəkilişinə gedərkən, elə ilk gündən texniki problemlə rastlaşdım. Çəkiliş zamanı qaldığım bağ evində qəfil işıqlar söndü. Məcbur qalıb həmin gün çəkilişləri yarıda saxladıq. Buna baxmayaraq növbəti gün çəkilişlər baş tutdu və işimizi uğurla başa çatdırdıq".
Z.Əmiraslanov məlumat verdi ki, klipinin rejissoru Ramil Cəfərovdur. Sonda klipinə yaxın günlər üçün təqdimat mərasimi keçirəcəyini söylədi.
Z.Əmiraslanov məlumat verdi ki, klipinin rejissoru Ramil Cəfərovdur. Sonda klipinə yaxın günlər üçün təqdimat mərasimi keçirəcəyini söylədi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB