Alla Puqaçova əməliyyat olunub?

İnternetdə Alla Puqaçovanın növbəti dəfə cərrahiyyə stoluna uzanması ilə bağlı informasiya yayılıb. Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, Puqaçova ayağındakı varikozla bağlı problemi aradan qaldırmaqdan ötrü xüsusi klinikaya müraciət edib.

Sayca 1000-dən çox əməliyyat keçirən ulduzun əslində növbəti gözəllik əməliyyatı keçirdiyi və bunu ört-basdır etmək üçün əməliyyatı varikozla əlaqələndirdiyi istisna olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə