Müğənni Emil Bədəlov bu dəfə qayınatası, xalq artisti Firuz Əliyevlə duet oxuyub. SİA-nın məlumatına görə, "Sevdalandım yaz gəlincə" adlanan mahnının sözləri Dilsuz Mustafayevə, musiqisi Ramiz Mirişliyə məxsusdur. Aranjiman işi Anar Vəliyevə həvalə olunub.
E.Bədəlovu tarda F.Əliyev müşayiət edib.
Qeyd edək ki, Emil tarzənin qızı Xanımla ailəlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB