Qalmaqalları və kəskin açıqlamaları ilə hər zaman jurnalistləri təəccübləndirməyin öhdəsindən gələn populyar Azərbaycan estrada müğənnisi Nadir Qafarzadənin bu dəfəki açıqlamasıyla şou-gündəmində yeni bir olay yaradacağına əmin ola bilərsiniz. Söhbət müğənninin Türkiyə şou-biznesinə ifaçı kimi yox, top-model kimi qatılmaq istəyinin üstündən xətt çəkməsindən gedir. SİA-ya danışan Nadir, nə səbəbdən bu qərar gəldiyinə aydınlıq gətirdi: "Bəli, sınaq çəkilişlərini uğurla edib, fotoları, Türkiyədən təklif göndərən şirkətə yollamışdıq. Açıq deyəcəyəm, onların təklif etdiyi qonorarın azlığından, mən müqaviləyə imza atmaqdan vaz keçdim. 40 min avro nədir ki? Onlar uzun müddətli əməkdaşlıq üçün yalnız bu məbləği təklif edirdilər. Mən də razılıq vermədim və layihə başlamadan sona yetdi".
Bəs, nə vaxtsa, səni Türkiyə şou-biznesində parlayan ulduz kimi görə biləcəyikmi?-sualına da müğənnidən konkret olaraq yox cavabı aldıq. "Təvazökarlıqdan uzaq səslənsə də mən elə öz vətənimdə birinci olmaq istəyirəm. Ola bilər hansısa konsert turnesi çərçivəsində Türkiyədəki şəhərlərin birində çıxış edərəm. Amma mən gecə-gündüz arzulamıram, İstanbulda qaynar şou-biznesə qoşulub çətin həyat tərzi yaşayan türk ulduzlarına çevrilim. Elə Nadir Qafarzadə olub, Bakıda fəaliyyət göstərib, pərəstişkarlarıma xidmət göstərmək hamısından yaxşı yox ey, superdir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB