2011-ci ildə “Aramızda qalsın” serialının balaca Firuzu – Nadir Səfərov bu gün məzun olur. SİA-nın məlumatına görə, bu haqda aparıcı Kamilə Babayeva "İnstagram" səhifəsində Nadirin görüntüsünü paylaşaraq “Diqqətlə baxın, “Aramızda qalsın”da oğlum idi. Nadir necə böyüdü. İndi buraxılış günüdür” sözlərini yazıb.
Qeyd edək ki, Nadir serialda "Virus" ləqəbi ilə tanınırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə