Azərbaycanlı müğənni: "Keçmiş həyat yoldaşım başımın tacıdır" VİDEO

Azərbaycanlı müğənni: "Keçmiş həyat yoldaşım başımın tacıdır" VİDEO

Müğənni Damla ayrıldığı həyat yoldaşından danışıb. SİA-nın məlumatına görə, o, Nail Naiboğlunun müəllifi və aparıcısı olduğu "100-dən 1-i" verilişində keçmiş əri haqqında kövrəldici etiraflar edib: "Keçmiş həyat yoldaşımla ayrılmağımıza səbəb xasiyyətlərimizin uyğunlaşmamasıdır. Kaprizli insan olmadığım halda tale üzümə gülmədi. Özümü ona sevdirə bilmədim. Keçmiş ərim ailəsinin təkidi ilə mənimlə ailə qurmuşdu. Könül bağçasında mən yox idim. Sevgisiz həyat da heç vaxt yaxşı nəticələnmir. Amma xasiyyət baxımından çox mülayim biri idi. Məni nə döyüb, nə də söyüb. Ailələrimiz belə bizim münasibətimizin pozulmasına müdaxilə etməyib".

Damla verilişdə aparıcının ayrıldığı həyat yoldaşınn həbsxanada olub-olmadığı sualından yayınıb: "Bu haqda danışmaq istəmirəm. Çünki məni hazırda oğlum izləyir. Bu barədə danışanda ona pis təsir edir. Böyük bir stres keçirdir. Yalnız onu deyə bilərəm ki, övladımın atasından ayrılsam da, başımızın tacıdır. Oğluma görə, o insanın ölənə qədər hörmətini saxlayacam. Uşağımı son anıma qədər atasına qarşı böyütməyəcəm. Oğlum istədiyi zaman atası ilə görüşə də bilər".

Qeyd edək ki, "100-dən 1-i" verilişi həftə içi 5 gün, saat 23:30-da yayımlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə