Xoşqədəm əsəbiləşdi: "Kimin nə haqqı var qarğış və təhqir etsin?"

Xoşqədəm əsəbiləşdi: "Kimin nə haqqı var qarğış və təhqir etsin?"

Aparıcı Xoşqədəm Hidayətqızı "İnstagam"da canlı yayıma qoşulub. SİA-nın məlumatına görə, aparıcı ona qarğış edən izləyicisinin ünvanına təhqirlər səsləndirib: “Nurlan, Ruslan və Sevda, İnquşetiyada olanların dərdi, səri, ağrısı, xəstəliyi varsa, sizin ürəyinizə olsun. Adama öz dilində cavab vermək gözəldir? Nə edim, bəzi insanlar var ki, onlar mənim dilimdə yox, öz dillərində başa düşürlər. Onlara sözlə birini vurmaq lazımdır ki, ağılları başlarına gəlsin. Məni sevənlərin də ağrı-acısı onlara getsin. Niyə sülənirsiniz səhifəmdə? Canlı yayımı dualarımla açdım. Amma bir səviyyəsiz, ana, qız, bacı bilməyən biri qarğış yazdı. Mən də dediklərini ona qaytardım. Hamıya da məsləhət görürəm ki, səviyyəsizə öz dilində cavab verin. Allah pis insanların qarşısına qəlbindəkini çıxarsın. Heç kimin qarşısından qaçmayın, hüquqlarınızı bilin. Əvvəl belə deyildim, amma indi fikirləşirəm ki, belə etmək lazımdır. Kimin haqqı var qarğış edib, təhqir etsin? Onun səviyyəsinə düşmürəm, onu yerində oturduram".

Bütün xəbərlər Facebook səhifəmizdə