“Maşın” şouda ilk yaşandı, Murad Dadaşov efirə çıxmadı FOTOLAR
“Maşın” realiti-şounun bugünki buraxılışında Murad Dadaşov səhhətində yaranmış problemlə bağlı efirə gələ bilməyib. SİA-nın məlumatına görə, oyunu Muradın əvəzinə bir çox məşhurlar idarə edib. Belə ki, şounun ilk yarım saatını Mətanət Əliverdiyeva, Hacı Nuran Hüseynov, ikinci yarım saatını Fərda Amin və Azər Zahid aparıb.
Hacı Nuran Muradın səhhətində problem olduğunu və bu səbəbdən canlı yayıma gələ bilmədiyini söyləyib: “Murad bu gün kiçik bir cərrahiyyə əməliyyatı keçirib. Şükür, hər şey yaxşıdır. Göndərmişik onu evə, istirahət etsin”.
Daha sonra oyunda Səidə Sultan və Murad Əzimzadə, Sərxan Kərəmoğlu və Vüsalə Kərimova da aparıcı qismində olublar.
Qeyd edək ki, 14-cü dəfə yayımlanan “Maşın”da ilk dəfədir ki, belə bir hadisə yaşanır.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB