Elnarə Xəlilova bu kişi məşhurla bir araya gəldi AÇIQLAMA-VİDEO
Müğənni Elnarə Xəlilova kişi həmkarı Stefano Suarosla duet ifa edib. SİA-ya bu haqda ifaçıların özləri açıqlama verib: "Bir müddət öncə Stefano Suarosonun yeni mahnısını dinlədim. Səsini çox bəyəndim və onunla duet oxumaq qərarına gəldim. OnunLA "Zorro" filminin soundtrackın seçdim. Mahnını isə JZ və və bir çox məşhur simalarla çalışan musiqi produsseri Cheff Loncherə həvalə etdik və mahnını ərsəyə gətirdik".
Stefano Suaros da yeni duet ortağı haqda fikirlərini bildirib: "Bir müddət öncə prodüserim Azad Mirzə Elnarə Xəlilovaya bu layihəni təklif etdi. Elnarə xanım çox gözəl və tanınmış müğənnidir. Onun çox gözəl səsi var və bilirəm ki, mənim səsimi çox bəyənir. Eyni zamanda mən də onun səsini və mahnılarını sevirəm. Sonda biz bu dueti ərsəyə gətirməyə qərar verdik. Yeni mahnı olmasa da, mənim üçün yeni işdir. Çünki mən heç bir müğənni ilə duet oxumamışam. Elnarə Xəlilovanın səsini və sənətini sevdiyim üçün duet oxumaq qərarına gəldim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB