“Maşın” şou iştirakçıları bir-birilərinin ailələri ilə tanış olublar FOTOLAR
“Maşın” şou iştirakçıları bir-birilərinin ailələri ilə tanış olublar. SİA-nın məlumatına görə, ilk qonaq gedilən ev Elcan Rəsulovgil olub.
Aktyorun anası Nahidə xanım ilk dəfə efirdə oğlundan danışıb: “Allah balamı pis gözdən, pis nəzərdən qorusun. Mən Elcanla fəxr edirəm. Onun atası olmayıb və 19 yaşından işləyib, ana bacını işləməyə qoymayıb. Elcan 19 yaşında bacı köçürüb. Çox şükür, indi yaxşı ətrafı, qohumları var”.
Aktyorun anası rəqqasə Oksana Rəsulovaya üzünü tutaraq ona iradını bildirib: “Çox mənəm-mənəm deyirsən. Elcan sənə elə söz deyər ki, gülməkdən yıxılarsan”
Rəsulovun valideyni sonda hər üç iştirakçıya məsləhət verməyi də unutmayıb:
“Özünüzə əziyyət verməyin. Əsas sağlamlığınıza bir şey olmasın, bir də bir-birinizin xətrinə dəyməyin”.

Oksana Rəsulova və Elcan Rəsulov aktyor İslam Mehrəliyevin evində qonaq olublar. İştirakçıları İslamın anası, xanımı və övladı qarşılayıblar.
Aktyorun anası şouda oğlunu ağalayan görəndə kövrəldiyini bildirib: “İslam ağlayanda mən ondan çox ağladım. Oğlum deyə demirəm, amma İslam çox zəhmətkeş uşaqdır. Bu vaxta qədər bir dediyim sözü ikinci dəfə təkrar etməmişəm. Atasından bu vaxta kimi cəsarət edib pul istəməyib. Həmişə mənə deyib”.
İ.Mehrəliyevin anasının sözlərindən qəhərlənən Oksana göz yaşlarını saxlaya bilməyib.

Rəqqasə Oksana Rəsulovanın ailəsi Şabran rayonunda yaşadığı üçün ora getmək mümkün olmayıb. Lakin “Maşın” şounun heyəti rəqqasəyə sürpriz edib. Onlar Oksanın anası və digər qohumlarını iştirakçıların qaldığı otələ gətirdiblər.
Otağının qapısını açan Rəsulova təəccüblənib və anası görəndə ağlayıb.
Rəqqasənin anası qızının hər işdə uğur qazandığını vurğulayıb: “Uşaqlıqdan tərsdir. İstədiyini eləyib və uğur da qazanıb. Nəyə əl atırsa, yarıdır. Amma arzum onu həkim və xoşbəxt görməkdir”.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB