Xuraman 11 ildən sonra etiraf etdi: "Dəyər verilməyən yerə getmərəm"
Aktrisa Xuraman Əlizadə teatrdan uzaqlaşmasının səbəbini söyləyib. SİA-nın məlumatına görə, aktrisa 11 ilini teatra həsr etdiyini bildirib: "11 ilimi teatra həsr etdim. Atalar düz deyib, zər qədrini zərgər bilər. Sözlərim ünvanlıdır, guya kim itirdi, mən, yoxsa siz? Bir aktrisa teatrda çalışmalı, filmlərə çəkilməlidir. Düzdür, hazırda mənim üçün xoşdur ki, ürəyi istəyən insanlar məclislərinə dəvət edirlər, xınayaxdılar, ad günləri, el şənlikləri aparıram. Bu mənə qürur verir, məni istəyirlər. Amma mən aktrisayam. Teatr hərdən məni özünə çəkir. 11 il orada çalışmağım az müddət deyil. İndi çalışan vaxtımdır. Soruşurlar ki, "Niyə teatra qayıtmırsan?". Hərəyə bir cür cavab verirəm. Amma ən düz cavab içimdə yatır. Dəyər verilməyən yerə getmərəm, sadəcə indi ürəyimi boşaltdım”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB