Müğənni Vəfa Şərifova yeni mahnı ifa edib. SİA-ya bu haqda sənətçinin prodüseri Şamil xəbər verib: "Vəfa xanım bir neçə mahnı üzərində çalışır. Həmin bəstələrdən biri hazırdır. Mahnı "Yalan dünya" adlanır. V.Şərifova sözügedən bəstəyə klip çəkdirməyi də düşünür. "Yalan dünya" adlı mahnıya tezliklə yay ab-havalı ekran işi verdirməyi planlaşdırırıq. Fikrimizcə, uğurlu klip alınacaq. Tamaşaçılar tərəfindən də bəyəniləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB