Aparıcısı Murad Dadaşov olan "Maşın" şounun növbəti buraxılışı baş tutub. SİA-nın məlumatına görə, bu dəfə də oyun qalmaqalsız ötüşməyib.
Belə ki, naharda müğənni Təranə Qumralla aktyor Sərxan Kərəmoğlu dalaşıb. Söz savaşına ilk öncə müğənni başlayıb və hətta Sərxanı söyüb: “Deyəcəm ki, şalvar geyinib....”.
Bundan sonra Kərəmoğlu Təranəyə canlı yayımda ağzının danışığını bilməyi xahiş edib: “Canlı yayımda məni iynənin ucu boyda təhqir etsən, onda ağzımdan çıxan sözlərin qarşısını heç kim ala bilməz. Mən “Get, qatığını çal” deməklə səni təhqir etməmişəm. Sən xanımsan, gedib süd alıb, qatığını çala bilərsən. Sən əgər savadlı olsaydın, deyərdin ki, “Onda sən də al əlinə çomağı, get, çobanlığını elə ki, mən qatığımı çalım”. Nə təhər məxluqsunuz siz, nə təhər adamsınız? Hansı kişiliyinizə güvənirsiniz?”.
Daha sonra aktyor da ifaçını söyüb və cavab olaraq T.Qumral ona butulka atıb.
Mübahisənin böyüdüyünü görən cangüdənlər də məşhurları sakitləşdirməyə gəliblər.
Əsəblərinə hakim ola bilməyən S.Kərəmoğlu göz yaşları axıdıb.
Verilişin sonunda T.Qumral 32,18 faiz toplayaraq oyundan gedib. O, Sərxan Kərəmoğlunu oyundan uzaqlaşdıra bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB