Səidə: " "Maşın" şouda qalsaydım, dəli olacaqdım"

Səidə: " "Maşın" şouda qalsaydım, dəli olacaqdım"

Dünən “Maşın” realiti-şousunu tərk edən müğənni Səidə Sultan fikirlərini dilə gətirib. SİA-nın məlumatına görə, sənətçi etiraflar edib: "Dünən səsvermədə olmağı heç gözləmirdim. Mən də oradakılar kimi xəbərdarlıq edə bilmədim ki, hazır olun. Bu bir mübarizədir. Oyunumu oynayıb, qalib olmuşam. Murad Dadaşov sayəsində çox şey qazandım, itirmədim. Oyunumu da təmiz və dürüst oynadım. Mənə dəstək olan bütün insanlara təşəkkürlər. "Getsin"ə səs göndərənlərə də xüsusi təşəkkürlər. Çıxmağım ən məsləhətlisi idi. Bir az da qalsaydım, dəqiq bilirəm ki, dəli olacaqdım. Orada dürüst insan tapa bilmədim. Hamı bir-birindən hovlu gəzir. Bəzi kişilər də elə bil mən kişi idim, mənimlə başa-baş gedirdilər. İnsanlardan o sevgini qazandım. Orada olan bəziləri görüm nə qazanacaqlar. Kiminsə sayəsində yox, öz sayəsində nəsə qazansınlar".

Qeyd edək ki, səsverməyə çıxan S.Sultan rejissor Aqil M.Quliyevi çıxartmaq istəyib. Sonda səs toplaya bilməyən ifaçı özü yarışmanı tərk edib.

Bütün xəbərlər Facebook səhifəmizdə