Bu gün tarzən Humay Qədimovanın anasının dünyasını dəyişməsinin 3-cü ildönümüdür
Humay göz yaşı tökdü

Bu gün tarzən Humay Qədimovanın anasının dünyasını dəyişməsinin 3-cü ildönümüdür. SİA-nın məlumatına görə, ifaçı anası ilə şəklinin paylaşaraq kədərləndirici sözlər yazıb: "Əvəzsizim! İyun mənə acıları yaşadan aydır. 2014-ci ilin 7 iyun tarixi saat 12:30 həyatımın ən pis günlərindən oldu. Çünki səni itirdim. Səndən başqa yar görmədim, heç kəs sənin kimi sevə bilməz. Elə böyük sevgi yaşadıb getmisən ki, yerini tutan yoxdur. Çünki sən anasan. Mənim həyat məktəbim oldun. Hamının dürüst və ədalətli olmadığını öyrətdin. Mənə itirməyi, qazanmaqdan həzz almağı, həyatda səhv etməyin hiylə gəlməkdən daha şərəfli olduğunu, öz yolum ilə getməyi, ağlamağın utandırıcı bir şey olmadığını, mübarizə aparmağı sən öyrətdin. Verdiyin tərbiyə üçün çox sağ ol. Ruhun şad olsun. Qəlbimdə yaram var, 3 ildir qaysağ bağlamasını gözləyirəm. Nə cənnəti, nə də cəhənnəmi görmək istəyirəm. Çünki mən anamı gülərkən də, ağlayarkən də gördüm".

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə