“Maşın” şounun qalmaqallı iştirakçıları aktyor Sərxan Kərəmoğlu ilə müğənni Təranə Qumral arasında qalmaqal bitmir. SİA-nın məlumatına görə, S.Kərəmoğlu sosial şəbəkə vasitəsilə T.Qumrala ismarış yollayıb: "Deməli, belə hə? Məni təkərə bağlayıb sürüyəcəksən, Təranə Qumral? Sən mənə reklam verdin? Cavabını axşam eşidərsiniz. Mən dünən onun dediyi sözləri eşitməmişəm”.
Qeyd edək ki, Təranə Qumral dünənki buraxılışda Sərxana “Reklamın olmadı, sənə reklam verdim. Səni təkərə bağlayıb, sürüyəcəyəm. Qatıqlama” deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB