"Maşın" şounun növbəti buraxılışında iştirakçılar jurnalist Vüqar Vüqarlının şəklini atıblar. SİA-nın məlumatına görə, o, səs topladığı təqdirdə aktyor Sərxan Kərəmoğlunu oyundan uzaqlaşdıracağını bildirib.
Sərxan Vüqarın seçimindən təəccübləndiyini, lakin incimədiyini söyləyib: "Vüqarın bu maşına məndən çox ehtiyacı var. Mənim uşaqlarım elə maşın olmayıb ki, ona minməsinlər. Vaxtı ilə çox maşınım olub. 24 yaşlı oğlum var. O da mənə maşın ala bilər. Düşünürəm, bu oyunda maşına ən çox ehtiyacı olan məhz Vüqardır. Ona görə onunla mübarizə etmək istəmirəm".
Sonda jurnalist 39,92 faiz səs yığaraq oyundan özü gedib.
S.Kərəmoğlu V.Vüqarlının oyundan getməsinə kövrələrək ağlayıb.
Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.
Hazırda şouda mübarizəni aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Səidə Sultan, rejissor Aqil M.Quliyev, rəqqasə Oksana Rəsulova davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB