Mustafa Ceceli yenidən evlənir

9 illik həyat yoldaşı Sinem Gedikdən boşanan müğənni Mustafa Ceceli yenidən evlənir. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Selin İmerlə sevgili olduğu üzə çıxan sənətçi münasibətini gizlətmir.

O, hətta bu yaxınlarda nikah kəsdirəcəklərini də bildirib: "Selinlə Ramazan bayramından sonra nikah masasına oturacağıq, amma toy olmayacaq".

Qeyd edək ki, M.Cecelinin ilk evlilikdən 6 yaşlı bir oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə