Bakırköy həbsxanasında cəza çəkən müğənni Deniz Seki azadlığa çıxıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı ilk təəssüratlarını bölüşüb: “Mən sizlər üçün çox darıxmışdım. Xoşbəxtəm. Bir az dincəlmək istəyirəm. Səhərdən məni gözləyirsiniz, çox təşəkkür edirəm. Ayaqlarınız yorulmasın”.
İfaçı onu da əlavə edib ki, 2 gün sonra media nümayəndələri ilə görüş keçirəcək.
Daha sonra sənətçiyə ağ göyərçinlər verilib. O, göz yaşları içərisində göyərçiləri uçurub.
Qeyd edək ki, D.Seki Türkiyədə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək tutulub. O, məlum cinayəti törətdiyinə görə axtarışa verildikdən sonra polislərdən xeyli müddət gizlənmişdi.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB