Norveçli həkimlər yerli ulduzlarımızın dişlərini mükafatlandırıblar-FOTO

Dünən Norveç səfirliyi və "The Doctors" assosiasiyasının birgə təşkil etdiyi "Hollywood smile in Baku -2010" layihəsinin konserti keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanda ilk dəfə keçirilən marafonun siması seçilən NEXT qrupu konsertin aparıcılıq missiyasını da öz öhdəsinə götürüb.

İlk olaraq səhnəyə çıxan təşkilatçılar layihənin əhəmiyyətindən və keçirilmə səbəblərindən danışıblar. Daha sonra isə norveçli həkimlərin seçiminə əsasən yerli ulduzlarımız mükafatlandırılıb. İlk diploma sahib olan əməkdar artist Tünzalə Ağayeva "Best smile" sözlərini deməklə gülüşünün həqiqətən də seçildiyinə işarə verib. 32 sağlam dişinin olduğunu deyən xalq artisti Flora Kərimovadan sonra müğənnilər Samir Bağırov, Rəhim Rəhimli "Ən gözəl təbəssüm" nominasiyasına layiq görülüb.

Gəmidə qurulan diskotekada qonaqlarla yanaşı NEXT-in çoxsaylı qız fanatlarının "NEXT yaşa", NEXT uğurlar" demələri, sevgi etirafları xüsusi ilə diqqəti cəlb edib. Həmçinin tədbirin xüsusi dəvətlilərindən olan Bədii Gimnastika Federasiyasının çempionları bütün gecə boyunca NEXT qrupunun çıxışını alqışalayaraq, sevgillərini bildiriblər.

Bu yaxınlarda ekranlaşdırılacaq "Dans et" mahnısını ilk dəfə məhz bu gecədə ifa edən qrup üzvləri bununla yanaşı "Mən səni öldürəcəm", "Okean" və bolqar dilində "Edno mi" mahnılarını oxuyublar. Yaxt-klubun ən böyük gəmilərindən birində baş tutan tədbir gecə saatlarınadək davam edib. Xatırladaq ki, tədbirdə eks NEXT-çi Adil də çıxış edərək, "Bəlkə də" mahnısını oxuyub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...