Müğənni Günay İbrahimli "O kimdir ki?" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib
Günayın yeni klipi VİDEO

Müğənni Günay İbrahimli "O kimdir ki?" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. SİA-nın məlumatına görə, bəstənin musiqisi DJ Roşka, sözləri Elçin Məhərrəmova məxsusdur. İfaçı büdcəsi böyük olan klipini rejissor Anar Hüseynova həvalə edib.

Ekran işinin çəkilişləri Bakı və Xızıda baş tutub. Layihədə Günay fərqli obrazda olub, rəqs edib və şou göstərib. Klipdə nitq əngəlli model Xaliq Məhəmmədzadə rol alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə