Bu yaxınlarda ailə həyatı quran Xuraman Şuşalının qeyri-adi ətir zövqü var. Onun kosmetikalarının içərisində kişi ətirlərinin olduğunu görəndə, marağımızı gizlədə bilmədik. Düşündük ki, özünün deyil. Xuraman isə hər zaman kişi ətirlərindən istifadə etdiyini SİA-dan gizlətmədi: "Mən çox vaxt kişi ətirlərindən istifadə edirəm. Əgər mənim hər hansı bir ətir xoşuma gəldisə, mütləq onu almalıyam. O cümlədən də kişi ətirləri. Mənim üçün heç bir fərqi yoxdur, bu kişi və ya qadın ətridir. Heç maraqlıda deyil ki, kimsə hiss edəcək və deyəcək ki, Xuraman kişi ətri vurur. Sadəcə xoşum gəlir. Birdə ki, axı mənim bəzi sirlərim var. Mən onu vuranda da elə edirəm ki, heç kəs hiss eləmir"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB